top of page

Ü.Hacıbəylinin ermənilər əleyhinə yazıları

  • Yeganə
  • Oct 15, 2020
  • 2 min read

Böyük mütəfəkkir Ü.Hacıbəylinin ermənilər əleyhinə olan yazıları sovet rejimindən sonra ilk dəfə  olaraq 2009-cu ildə nəşr edildi. 


Bu yazılardan aydın oldu ki, Ü.Hacıbəyli yazılarında ermənilərin ziyanlı və təhlükəli bir toplum olduğunu, xaraktercə etibrasızlığını böyük uzaqgörənliklə açıqlamışdır. Ü.Hacıbəyli hələ uşaq yaşlarından, böyüdüyü Şuşa mühitindən, Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra müəllim işlədiyi Tuğ kəndindən onları yaxından tanımaq imkanına malik olmuşdur.Ermənilərin müsəlman və türk toplumuna qarşı sonralar törətdiyi xəyanətləri də böyük mütəfəkkir yaxından izləyə bilmişdir.Ü.Hacıbəylinin  xüsusən “İrşad” qəzetində(bu qəzet 1905-ci ilin dekabrın 17-dən Ə.Ağaoğlunun redaktorluğu ilə nəşrə başlamış və Ü.Hacıbəyli də orada  jurnalist olaraq çalışmışdır) “Ordan- burdan” başlığı ilə “filankəs” imzalı  ermənilər haqqındakı yazıları bu günümüzlə çox səsləşir və onlardan bəzilərini qısa ixtisarla oxuculara təqdim edirəm.

Ordan- burdan

“... Biri budur ki, ermənilər “provokator o adama diyorlar ki, müsəlman tərəfdarı olub ermənilərin qırğınını istiyor.Amma o adam ki,erməni  tərəfdarı olub müsəlmanı qırır- ermənilərin yanında ən adil və sahibi – vicdan bir adamdır ki, onun ciblərini pul ilə doldurmaq hər bir “milliyyətpərəst” erməninin vəzifeyi- müqəddəsəsidir. Və yainki, ola bilər ki, ermənilər dünən “obrazovannı” olduqlarına görə provokatoru, filanı gözari seçirdi.Amma nə isə bu gün birdən-birə vəhşi olub provokatoru görəmiyorlar.Yazıq ermənilər, neçin durduğunuz yerdə vəhşi oldunuz?!

“Məlum olduğu üzrə erməni politikasının bir iqtizası da budur ki, müsəlman pişrovları həmişə töhmətləndirilsin və nüfuzları azalsın.Odur ki, görürsən ermənilər nərədə bir müsəlman mücahidi gördülərmi haman dəm onu töhmət altında basdırmağa qeyrət ediyor.Müdirimiz Əhmədbəy Ağayev haqqında bütün erməni aləminin böhtan və iftiralar deyib zurnalarında cürəba-cürə mahnılar çalmağı həmının məlumudur.Təəccüb burasıdır ki, erməni dalda iftirasını diyor, müsəlmanı ləkəliyor.Amma üz-üzə gəldikdə yalvarıb üzr istiyorlar.Provokator “Mışaq”ın baş mühərriri keçən il Əhmədbəy xüsusunda bir iftira yazmışdı.Fəqət sonra Əhmədbəy ilə qəflətən gğrüşüb dili dolaşa-dolaşa üzr istehram etməgə məcbur olmuşdu.İmdi dəxi Əhmədbəy xüsusunda böhtan yazmaqdan məlum olur ki, yalvarıb üzr istəmək “Mışaq” müxbirinin çox xoşuna gəlir...HM!"

Ordan-burdan

“Bilmirəm hamıya məlumdurmu ki, dünyada bihəyalıq bir neçə dərəcə olur.Onların məşhuru budur:balaca bihəyalıq ki, adamın zəhləsini tökür.Ortabab bihəyalıq ki, adamın acığını tutdurur.Və bir də böyük,yainki qırmızı bihəyalıq ki, daha heç kəs ona təhəmmül(dözmək) edəməz.Qırmızı bhəya olmaq hər adamın “hünəri” deyil. Bunun  üçün gərək adamın vicdan, insaf,insaniyyət hissi, adamlıq iyi olmasın, yəni özü adama oxşasın, amma vaqeən yırtıcı heyvan olsun.Amma digəl ki, nə diyorsunuz, bununla belə bizim bu zavallı ölkədə tamam bir yığıncaq adam vardır ki, onların hamısı başdan –ayağa qırmızı bihəyadırlar.Bu adamların adına müsəlmanca bilmirəm, amma ermənicə “daşnaksakan”

“Bilirsinizmi erməni qəzetləri nə haydadırlar? Nə qayırırlar?  Tüpürüşürlər!

“Yerkir” qəzeti “Mışak”ın üzünə tüpürür.”Mışak” da tüpürçək ilə ona cavab verir.

  İş burasındadır ki, “Mışak” qəzeti indi tövbə edib əvvəlki məsləkini dəyişibdir.Yəni əvvəcə bir o qədər yalanlarıyla, iftiralarıyla bir yerdə tərif və tovsif elədiyi “daşnaksütun”qəzetəsi olan “Yerkir” hansı ki qırmızılığından yerə girmək istəmir.”Mışak”a deyir ki: tfu sənə ay namərd!

 “Mışak” da cavab verir ki: tfu mənə deyənə olsun və namərd mənə deyəndir!

Bunlar hələ çox  tüpürüşəcəklər! Hələ harasıdır ki1” \\ Nəsiman Yaqublunun araşdırması



Comments


bottom of page