Ürəyi xəstə olanlar koronavirusa qarşı peyvənd vurdura bilərlərmi?
- Yeganə
- Feb 9, 2021
- 1 min read
Ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov poliklinika həkimlərinə və ürək damar xəstələrinə müraciət edib.
Deputat bildirib ki, ürək-damar xəstələri koronavirusa qarşı peyvənd vurdura bilər.
“Bütün açıq ürək və stentləmə əməliyyatı olunan pasiyenlərim, eləcə də yüksək təzyiq, şəkərli diabet kimi yanaşı xəstəliyi olan insanlar COVİD-19 peyvəndi (SinoVac) vurdura bilər.

Hətta üərk-damar xəstəliyi olan insanların sağlam insanlarla müqayisədə daha tez peyvənd olunmasını tövsiyə edirik”, - deyə həkim əlavə edib.
コメント