Şuşa uğrunda Daşaltıda şəhidlik zirvəsinə ucalan Səfərbinəli Roman
- Yeganə
- Nov 25, 2020
- 1 min read

Ağsunun Səfərbinə kəndini rəhmətlik Səfər kişi binə eləyib . Nədənsə, “yuxarılardan” kimsənin bu ad xoşuna gəlməyib və 25 ilə yaxındır ki, kəndin adı “Yenilik”ə dəyişdirilib . Kənddə orta məktəb olmadığından uşaqları yaxınlıqdakı Pirhəsənli kənd orta məktəbində təhsil alıblar . 25 yaşında bu ilin noyabrında Şuşanın qurtuluşu yolunda Daşaltıda şəhid olan Roman Sərkar oğlu Pənahov da Pirhəsənli məktəbinin yetirməsidir. Şəhidin əmisi, hazırda Rusiyada yaşayan Sərdar Pənahov bu sətirlərin yazarının sinif yoldaşı olub, 45 ildən çoxdur ki, görüşməmişik, ara -sıra səs-sorağını alıram indi ŞƏHİD ATASI QÜRURUNU YAŞAYAN qardaşı Sərkardan. Romanın igidliyini sözlə ifadə etmək çox çətindir, gərək gözlərinlə görəydin. Qardaşım oğlu onun “tankyeyən” kimi ad çıxardığını deyir. 2-ci Qarabağ savaşı başlayandan atası Sərkar oğlunun öndə olduğunu deməkdən qürurlanıb uçurdu. İndi şəhid atası oğlunun Azərbaycan oğlu olduğundan qürurlanır! Səfər babanın binə etdiyi kəndin igid Romanı ata-babasının adını Daşaltıda Şuşa şəhidliyi zirvəsinə ucaltdı . Sözün gerçək anlamında AZƏRBAYCAN OĞLU ROMAN İGİDLİK ROMANI YAZDI ! ŞUŞAYA BAĞLANAN YOLUMUZU AÇDIN, YOLUN AÇIQ, BAYRAĞIN UCA, RUHUN ŞAD OLSUN, ŞƏHİDİM! Məğrur Bədəlsoy
Comments