top of page

Şəhid ailələri ilə bağlı təklif: Bunu dövlətə yükləməyin!

  • Yeganə
  • Oct 22, 2020
  • 1 min read

Mağazalarda krediti olan şəhid və qazi ailələrinin ödənişlərini dövlətə yükləmək lazım deyil, dövlətin xərci çoxdur.


Bunu ekspert Natiq Cəfərli deyib.

“Xalq olaraq iştirakçı olmalıyıq. Bütün şəbəkə mağazalarda, haradan şəhid və qazi ailələri kredit götürüb, həmin mağazalardan əşya alanda müqaviləyə hər 50 manata 1 manat ayrıca ödəniş bəndi salaq. Həmin 1 manat şəhid və qazi ailələrinin kreditinin qapanmasına yönəlsin.

Banklarda isə ikili yanaşma lazımdır. Dövlət özəl banklara göstəriş verə bilməz, ona görə də şəhid və qazi ailələrinin kreditlərini tam bağlayan banklara 1% vergi güzəşti edir. Vətəndaş olaraq biz də hər 1000 manat kreditə gələn faizin üzərində 1 manat əlavə ödəniş edək və bu da müqavilələrdə göstərilsin.

O ailələrə xalq olaraq edə biləcəyimiz ən kiçik iş məhz budur. Allah Əsgərimizi və Ordumuzu qorusun!"

Comments


bottom of page