top of page

Şəhid anasından ÜRƏK DAĞLAYAN SÖZLƏR: "İçim yanır, nəfəsim kəsilir..."

  • Yeganə
  • Feb 2, 2021
  • 1 min read

Sosial şəbəkələrdə hər kəsi kövrəldən paylaşım yer alıb.

Qaygi.info Sonxeber.az-a istinadən xəbər verir ki, sözügedən paylaşımda şəhid anasının sözləri öz əksini tapıb:


"Getmişdim balamın yanına. Başını dizimə qoydu. Mən də sığallayırdım, birdən gördüm üstüm su oldu. İzzətimin göz yaşı idi. Yadıma düşdükcə ölürəm İzzətim. Dedim balam nə olub, bəlkə incidirlər səni? Dedi yox anam sənin üçün darıxıram, başqa heç nə. Balam, indi bax mən sənsiz necə dözüm?! Arzularımı yarımçıq qoyanım. Şəhidim, İzzətim adına qurban olduğum. Elə darıxıram ki, içim yanır, nəfəsim kəsilir, ürəyimin üstündə elə ağrı oturub ki, heç sakitləşə bilmirəm balam!"


Commentaires


bottom of page