top of page

Şəhid və döyüşçü ailələrini, kimlər niyə narazı salır – Şəhid qardaşı Elyar İslamoğlu

  • Yeganə
  • Feb 18, 2021
  • 1 min read


Son günlər cəmiyyətin həssas qruplarını etiraza qaldıranlar var. İstər döyüşçü ailələri, müharibə veteranları ilə bağlı bəzi neqativ durumlar, müharibə iştirakçılarına düzgün əlillik dərəcələrinin verilməməsi ilə bağlı qəsdən yaradılan narazı vəziyyət bir mərkəzdən idarə olunur. Müharibədə iştirak edən bəzi şəxslərin hərbi biletinin düzgün yazılmamaslı, tarixlərin düzgün qeyd olunmaması ilə bağlı şikayətlər də yayılmaqdadır. Şəhid ailələeinə 11 min manat sığorta məbləğinin illərdir artırılmaması narazılıq yaradır. “Hərbçilərə evlər sağlığında verilsin, maaşları birqata endirilməsin” çağırışları da mətbuatda tez-tez səslənir. Şəhid və döyüşçü ailələri ilə bağlı son durumu bu gün saat 14.00-də şəhid qardaşı, ekspert Elyar İslamoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz. Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/NewMusavat/


Comentários


bottom of page