top of page

"Şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var" — Vahid Əhmədov

  • Yeganə
  • Dec 16, 2020
  • 1 min read

"Mərkəzi Bankın sədri ilə Milli Məclisin komitə iclasında olan görüşdə bildirdik ki, ümumiyyətlə müharibə artıq başa çatıb".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Vahid Əhmədov deyib. Deputat bildirib ki, şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var: “AMB sədrindən xahiş etdik ki, Banklar Assosasiyası ümumiyyətlə bu ailələrin banklarda olan kreditlərini silməklə bağlı məsələyə baxsın. Banklarda vəsait yoxdursa, Mərkəzi Bank mərkəzləşdirilmiş kredit sistemi ilə həmin banklara kredit verə bilər. Biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik”.(apa.az)

Comentarios


bottom of page