top of page

Şəhidin əsgərə məktubu...

  • Yeganə
  • Nov 7, 2020
  • 1 min read



Aynur Nurlunun “Şəhidin əsgərə məktubu” şeirini təqdim edir:

Elimin qəhrəman oğluna salam!

Mən şəhid ruhuyam, məzarım talan.

Əsgərim, kömək et, nə deyim yalan?!

Ruhum nigarandır! Al Qarabağı!

Qurtulaq əzabdan, məhv olsun yağı!


Bilirəm, soyuqdur səngər kəndarı,

Səni çox ürpədir şəhid məzarı.

Dünyanın Qarabağ adlı azarın

Güllənlə həll eylə, al Qarabağı!

Qurtulaq əzabdan, məhv olsun yağı!


Mən cavan getmişəm, sən yaşa barı,

Hər payız yerimə dər Vətən barın!

Yadına düşərsə Qarabağ qarı -

Ruhum Murovdadır, gəl ona sarı.

Qardaş, azad eylə, al Qarabağı!

Ağ sabah açılsın, məhv olsun yağı!


Əlövsət, Alik və igid Mübariz,

Koroğlu, Əlif tək var Fəridimiz!

Bu eldən, obadan biz hər birimiz -

Birləşib tez alaq gəl Qarabağı!

Müqəddəs torpaqdan rədd olsun yağı!


Qələbə sevincim, kədər - dərdimdir,

Ayaq basdığınız bu el - qəlbimdir.

Tapdaq altındakı yer - mənim qəbrimdir!

Azad ol, azad et, al Qarabağı!

Qisasım alınsın, məhv olsun yağı!

Qisasım alınsın, məhv olsun yağı!


Kommentare


bottom of page