top of page

“Əgər gənclər intihara əl atırsa, bu o deməkdir ki, sosial gərginlik çoxdur...”

  • Yeganə
  • Jan 27, 2021
  • 1 min read



“Artıq gənclər çıxış yolu tapa bilmirlər, onların yardım, dəstək alacağı sosial çevrə yoxdur və bu həm də təbii ki, ondan xəbər verir ki, hər bir gənc güclü psixoloji sistemə malik deyil, bu nəzərə almalıdırlar” Bunu açıqlamasında psixoloq Vəfa Əkbər deyib. Onun sözlərinə görə gənclərimizin intihar hadisələrinin qarşısını almaq üçün dövlət tərəfindən tədbirlər görülməlidir: “Əslidə gənclərin intihar etməsi bir SOS siqnalıdır. Çünki gənclər dövlətin döyünən ürəyidir. Əgər gənclər intihara əl atırsa, bu o deməkdir ki, sosial gərginlik çoxdur. Artıq gənclər çıxış yolu tapa bilmirlər, onların yardım, dəstək alacağı sosial çevrə yoxdur və bu həm də təbii ki, ondan xəbər verir ki, hər bir gənc güclü psixoloji sistemə malik deyil, bunu nəzərə almalıdırlar. Zəif xarakterə malik olan gənclərimiz var ki, onlar problemin həlli yolunu axtarmaq əvəzinə, ən yaxşısı problemi görməmək üçün intihara əl atırlar. İntihar edən edən gənclərin ardı gəlir. Nəzərə almaq lazımdır ki, yanvar ayı kritik aydır, bu ayda daha çox intihar edənlər olur. Çünki ilin ilk ayı olduğu üçün insanlar yanvar ayına böyük ümid bəsləyir. Yeni razular, istəklər gözləyirlər. Düşünürlər ki, yanvarın 1-dən sonra hər şey dəyişəcək, həyatlarında çevriliş olacaq. Ona görə bir dəyişim olmadıqda o insanlar ruh düşkünlüyü yaşayırlar, içlərində bir qapanma olur. Ən çox da ailədə dəstək görməyən, problemləri müzakirə olunmayan, problemləri dinlənməyən gənclərimiz intihara cəhd edirlər. Hər kəs öz problemiylə başını götürüb bir güşəyə çəkildikdə, əlbəttə, çözüm yolu tapılmadıqda o insan ani bir qərarla intihara təşəbbüs edir. İntihara təşəbbüs etmək ani bir qərardır, həmin an insana dəstək olunsa, o, bu yoldan çəkinər”. Qeyd edək ki, son günlər bir neçə intihar hadisəsi baş verib.Vasif Əlihüseyn


Comments


bottom of page