Əkiz şəhidlərin anası: "Qəbiristanlığa gəlib, sizə gözaydınlığı verəcəyəm" - VİDEO
- Yeganə
- Nov 14, 2020
- 1 min read
Vətən müharibəsi uğrunda şücaət göstərib, şəhid olan Nazir və Tacir qardaşlarının anası AzTv-nin hazırladığı reportajda danışıb.

Qaygi.info xəbər verir ki, Ağdamın əkiz səhidlərinin anası Nailə Allahverdiyeva müsahibəsində "Vətən yolunda öldünüz. Şükür, gözünüz aydın, ay Nazir, ay Tacir! Qəbiristanlığa gələcəm, sizə gözaydınlığı verəcəyəm. Siz torpaq, Vətən uğrunda ölmüsünüz. Şükur Allaha, torpaqlarımız alındı, cüt balamın qanı yerdə qalmadı" deyib.
Ana oğullarını əsgərliyə aşıqla, çal-cağırla yola saldığını qeyd edib. Balalarının gəlməsinə hazırlaşan Nailə xanım bu sözləri ilə hər kəsi kövrəldib: " Mənə dedilər ki, ana, qorxma, ikimiz də salamat gələcəyik".
Comments