Əlillik təyinatları niyə kəsilir? - Nazirlik rəsmisindən AÇIQLAMA
- Yeganə
- Apr 2, 2021
- 1 min read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov əlillik təyinatlarının kəsilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. O bildirib ki, əlillik təyinatlarının kəsilməsi ilə bağlı edilən müraciətlərin əksəriyyəti əsassızdır: “Araşdırma zamanı məlum olur ki, əlilliyin təyin olunan müddəti başa çatıb. Həmin şəxslər yenidən müraciət etməlidir”. O qeyd edib ki, 2020-ci ildə əlillik təyinatı ilə bağlı qiymətləndirməyə 80 mindən artıq müraciət daxil olub, cəmi 31 faizinə müsbət cavab verilib.
Commenti