top of page

"Əliyev Qarabağa gedir, Paşinyan Xankəndiyə getmir" - Simonyan

  • Yeganə
  • Feb 3, 2021
  • 1 min read



Səhv etmirəmsə, bu yaxınlara qədər Qarabağa yalnız bir dövlət nümayəndəsi gedib – Azərbaycan Prezidenti İlham Əliyev. Bu sözləri Parlaq Ermənistan Partiyasından olan deputat Taron Simonyan Ermənistan parlamentində çıxışı zamanı deyib. O əlavə edib ki, Azərbaycan lideri Şuşa şəhərinə baş çəkib: “Ancaq bu günə qədər Ermənistan Baş naziri Nikol Paşinyan baş verənləri görmək üçün Xankəndiyə getməyib”. Daha sonra erməni deputat həqiqətə uyğun olmayan iddialar səsləndirməyə başlayıb. Köhnə erməni “musiqisini” oxuyan Simonyan “Qarabağsız Ermənistanın olmadığını” deyib. Simonyan Ermənistan hökumətini öz siyasətinə baxmağa çağırıb./teleqraf/

Comments


bottom of page