top of page

Ərdoğandan satıcıya ibrətamiz sözlər - Video

  • Yeganə
  • Mar 21, 2021
  • 1 min read




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Taksim meydanında vətəndaşlarla görüşüb.

Dövlət başçısı bu əsnada yaxınlıqdakı səyyar satıcıdan şabalıd və qarğıdalı alıb.

Satıcının etirazına baxmayaraq, Ərdoğan ödəniş edib.

“Olmaz, haqqın mənə keçərsə, nə edərəm? Haqqını halal et! Mən əl öpdürmürəm. Ananın əlini öp, babanın əlini öp, ananın bir də ayağının altını öp”, - deyə prezident satıcıya bildirib.

Daha sonra Ərdoğan aldığı şabalıd və qarğıdalını vətəndaşlarla da bölüşüb.


Comments


bottom of page