Azərbaycanın tanınmış həkimi qəzaya düşdü - FOTO
- Yeganə
- Mar 28, 2021
- 1 min read

Tanınmış həkim Vasif İsmayıl qəzaya düşüb.
Vasif İsmayıl bu barədə öz Facebook hesabında yazıb:
"Dünən axşam taksidə qəzaya uğradıq. Öndə oturmuşdum. Sürət 30-40 km/saat ancaq olardı. Asfalt sürüşkən. Birdən ən öndəki qırmızı Jiquli nədənsə dayandı. Ard-arda maşınlar bir-birinə girdi.
Boynumda şiddətli ağrı və üzümdən axan istilik hiss etdim. Bir göz qırpımından belə qısa çəkmişdi. Ani zərbədən başım maşının tavanına dəyibmiş. Alnım və başım yarıldı.
Kəmər taxma alışqanlığım olmasa, yəqin başımla şüşəyə dəyəcəkdim.", - deyə həkim qeyd edib.
Comments