Bakıda daha bir intihar - Özünü binadan atdı
- Yeganə
- Apr 1, 2021
- 1 min read

Pirallahı rayonunda intihara cəhd hadisəsi baş verib. Qaygi.info APA-ya istinadən xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində yaşayan 1996-ci il təvəllüdlü Zeynalova Fatimə Yusif qızı binanın 6-cı mərtəbəsində yataq otağının pəncərəsindən özünü yerə atıb. O, təcili tibbi yardım xidmətinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, F.Zeynalovanın vəziyyəti ağırdır. Faktla bağlı hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən araşdırma aparılır.
Comments