top of page

Faciənin banisi sən özünsən, erməni anası...

  • Yeganə
  • Oct 14, 2020
  • 2 min read



Erməni anası, qarşıla oğul tabutunu ... Sən acıdan bağırırsan... Artıq sənin övladın yoxdur... Ancaq sənin fəryadın, oğlunun atası tərəfindən körpəsini vəhşicəsinə ortadan boldüyü bir Ana fəryadının cılız əks sədasıdır... Sən dəhşətdən bağırırsan.. Ancaq sənin dəhşətin gözləri qabağında övladı diri-diri yandırılan Ananın dəhşəti qarşısında bir heçdir... Sən çarəsizlikdən bağırırsan... Sənin çarəsizliyin övladlarının diri-diri boruda betonlanan Ananln çarəsizliyi qarşısında sönükdür... Sən ağlayırsan, erməni anası... Sənin göz yaşların məni sarsıtmır... Məni sarsıdan gözləri qabağında qızına təcavüz olunan bir Ananın göz yaşlarını silə bilməməkdir... Sənin evində bu gün yaşanan faciənin banisi sən özünsən, erməni anası... Mənim millətim Ana südü ilə aldığı dəyərlər hər zaman sevgi, nəvaziş, mərdlik, qürur, vətənpərvərlik, sücayət və şəfqət olub... Ancaq sən övladını südünlə zəhərləyib onda nifrət, yalan, satqınlıq və yaltaqlıq doğurmusan... Sən bu gün layiq olduğunu alırsan, erməni anası!

Azərbaycan Anası da ağlayır... Ancaq bu göz yaşları, səninkindən fərqli olaraq, qürur ilə doludur! Azərbaycan Anası öz arzusunu, muradını millətinin gələcəyi üçün şəhid vermiş bir ANADIR! Bəs sən nəyə ağlayırsan, erməni anası? Sən oğlunu heç vaxt sənin olmayan və heç bir zaman ola bilməyəcək bir torpaq uğrunda itirirsən. Bir bax... bu torpaq Azərbaycanın görkəmli şairlərini, dahi bəstəkarlarını və istedadlı xanəndələrini yetişdirib! Bu torpaqda bizim dünya şöhrətli, təkrarı olmayan ornamentə məxsus Qarabağ xalçaları toxunub! Bu torpağın Cıdır düzündə tayı bərabəri olmayan Qarabağ atlarını Azərbaycanın mərd oğulları çapıb! Ancaq siz bu torpaqları xarabalığa çevirmisiniz... Bilirsən niyə? Çünkü mənim torpaqım səni qəbul etmədi! Sən onunla heç bir vaxt vəhdət ola bilməzsən! Mənim şərəfli torpaqım xain və nankor birini qəbul edə bilməz nə səni... nə sənin oğlunu... Siz Qarabağdan olduqunuzu iddia edirsiniz... Lakin mənim Qarabağım qadın və uşaq cəlladlarını doğura bilməz... Ona görə otur və fikirləş, erməni anası... Övladını ona məxsus olmayan və bunun mümkünlüyü belə olmayan bir torpaq üçün ölümə göndərməyə dəyərmi?!

Comments


bottom of page