top of page

İnşallah bayrağımız Qarabağın hər bir zirvəsində dalğalanacaq.

  • Yeganə
  • Oct 13, 2020
  • 1 min read

Vətən müharibəsi başladığı gündən bütün qeyrətli oğulların meydana atıldığı kimi Rəhman Qəhramanovda könüllü olaraq Binəqədi rayon hərbi komissarlığından qeydiyyatan keçdi. Onun sağ qolu sınıq olduğundan bunu hərbi komissarlıqdan gizlətməli olub. Ağır döyüşlərdə iştirak edir, qızğın döyüşlərin birində düşmən tərəfdən atılmış mərminin təsirindən əl və ayağından xəsarət alır. Müalicəsi bitdikdən sonra yenidən cəbhəyə yola düşəcəyi günü səbirsizliklə gözləyir.






Onuda qeyd etmək lazımdır ki, igid döyüşçümüzün atası Qəhraman Qəhramanov da I qrup Qarabağ müharibəsi qazisidir. O vətən uğrunda zabit kimi döyüşərək qəhramanlıq göstərib. Atalarımız boş yerə ot kökü üstündə bitər deməyib.

Var ol Rəhman! Yaxşı ki, sənin kimi qeyrətli vətən oğulları var.

Allah bütün hərbiçilərimizi qorusun, yolunuz açıq olsun. İnşallah bayrağımız Qarabağın hər bir zirvəsində dalğalanacaq.

Comentarios


bottom of page