top of page

Kürdə batan şəxsin meyiti 36 gün sonra TAPILDIKürdə batan şəxsin meyiti tapılıb.

  • Yeganə
  • Mar 8, 2021
  • 1 min read


Bu barədə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 31-də FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb. Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Comments


bottom of page