top of page

"Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin İdarə Heyəti üzvü Quliyev Elnur-Müsahibə

  • Yeganə
  • Nov 10, 2020
  • 1 min read

"Qarabağ Əlillərinə Qaygi" İctimai Birliyinin İdarə Heyyəti üzvü Quliyev Elnur Vətən müharibəsi ilə bağlı öz fikirlərini dilə gətirib.

-Öncəliklə Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Əliyevi, Azərbaycan xalqını və Azərbaycan ordusunu zəfər münasibəti ilə təbrik edirəm.

Qarabağ uğrunda bu günə qədər şəhid olmuş bütün şəhidlərimizin ruhu şad oldu. Qələbə münasibəti ilə şəhid analarının əlindən, atalarının alnından öpürəm. Azərbaycan ordusu 44 gün gedən qanlı savaşda möhtəşəm qalibiyyət zəfəri yazdı.

Bir daha dünya Azərbaycan ordusunun qüdrətini, Azərbaycan xalqının yenilməzliyini gördü. Sonda Azərbaycan xalqını və ordusunu qələbəmiz münasibəti ilə təbrik edirəm.

QARABAĞ AZƏRBAYCANDIR!

Comentários


bottom of page