top of page

TODAN QAZİLƏRİNİN PREZİDENTƏ MÜRACİƏTİ

  • Yeganə
  • Jan 27, 2021
  • 1 min read

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Goranboy rayon Todan kənd sakinlərindən- Məktub



Belə ki, 80-ci illərin axırlarında mənfur düşmən xalqımıza və torpaqlarmıza təcavüz edərkən kəndimizin bütün əhalisi yekdil olaraq azğın erməni kəndləri tərəfindən mühasirə vəziyyətində olan kəndimizi qoruduq.Kəndimizin strateji əhəmiyyətinin çox böyük olduğunu anladığımıza görə öldü var döndü yoxdur dedik. I Qarabağ müharibəsində 14 şəhid vermiş 30-a yaxın yaralımız olmuşdur. Kənd camaatının belə mətn dayanmasında kəndimizin qeyrətli gənclərinin böyük xidməti olmuşdur. Onların qorxmazlığı bizi də cəsarətləndirmişdir.Yüzdən artıq könüllü hərbiləşərək Todan özünümüdafiə taborunu yaratmış və ermənilərə qan uddurmuşdur. Təsadüfi deyil ki, Ulu Öndərmiz belə o zamanlarda Todan kəndinin qəhrəmanlığını xüsusi ilə qeyd etmiş və təşəkkür etmişdir.

Təəssüflə qeyd etmək istəyirik ki, müharibə zamanı böyük qəhrəmanlıqlar göstərmiş Todan könülülləri müharibədən sonraki dövürdə diqqət və qayğıdan kənarda qaldılar və onlar vətənə göstərdikləri xidmətin müqabilində hətta müharibə veteranı vəsiqələrini belə almaqda böyük problemlər yaşadılar. Bu günə qədərdə yaşanan bu problem kəndimizin bütün sakinlərində məyusluq yaratdığı kimi vətənpərvərlikruhunun da aşağı düşməsinə səbəb olur.Kəndimizin bütün sakinlərinin və Goranboy camaatı adından sizə müraciət edərək xahiş edirik Todan kənd könüllərindən müharibə veteranı vəsiqəsini ala bilməyən və siyahısını aşağıda təqdim etdiyimiz qəhrəman Todan qartallarının müharibə veteranı vəsiqəsi ilə təmin edilməsinə köməklik göstərəsiniz.


Comentários


bottom of page